Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Qazaxıstanın TDT ölkələri ilə ticarət dövriyyəsi 40%-ə yaxın artıb - BBN

Qazaxıstanın TDT ölkələri ilə ticarət dövriyyəsi 40%-ə yaxın artıb

Qazaxıstan və Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri arasında ticarət dövriyyəsi 2026-cı ilin yanvar-fevral aylarında 2,4 milyard ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 40% çoxdur.

Bunu Türk Dövlətləri Ticarət və Sənaye Palataları Birliyinin (TCCI) sədri Kanat Şarlapayev Astanada keçirilən “TDT ölkələrinin iqtisadi inteqrasiyası və kooperasiyası: sənaye, ASK, logistika və rəqəmsallaşmada yeni imkanlar” adlı biznes-forumda çıxışı zamanı deyib.

O bildirib ki, TDT ölkələri xammal ticarətindən sənaye kooperasiyasının dərinləşdirilməsinə və birgə investisiya layihələrinə keçid etməlidir.

K.Şarlapayev qeyd edib ki, Türk İnvestisiya Fondu artıq praktiki layihələr portfelinin formalaşdırılmasına başlayıb. Onun sözlərinə görə, ilkin mərhələdə təşəbbüslərin birgə maliyyələşdirilməsi üçün 20 milyon ABŞ dollarından çox vəsait ayrılmasına hazırdır.

TCCI sədri vurğulayıb ki, Orta Dəhliz yalnız tranzit marşrutu deyil, həmçinin birgə müəssisələr, aqrosənaye zonaları və dərin emal mərkəzlərini özündə birləşdirən sənaye kəmərinə çevrilməlidir.

O, həmçinin türk dövlətləri arasında sövdələşmələrin sürətləndirilməsi və maneəsiz rəqəmsal mühitin formalaşdırılması məqsədilə etibarlı təchizatçıların vahid reyestrinin yaradılmasının vacibliyini diqqətə çatdırıb.

Kanat Şarlapayev əlavə edib ki, sənaye və aqrosənaye sahələrində innovasiyaların tətbiqini təmin edən, eyni zamanda yüksək məhsuldar iş yerləri yaradan layihələr maliyyələşdirmədə prioritet hüquq əldə etməlidir.

Mənbə: Report.az

Related posts

Almaniyada investor etimadı may ayında yaxşılaşıb

Trampın “Qızıl günbəz” layihəsi ABŞ-yə 1,2 trilyon dollara başa gələ bilər

ABŞ inflyasiyasında müharibənin təsiri davam edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı