Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Qızıl 6 həftənin maksimumuna yüksəldi, gümüş isə tarixinin ən yüksək səviyyəsinə çatdı - BBN

Qızıl 6 həftənin maksimumuna yüksəldi, gümüş isə tarixinin ən yüksək səviyyəsinə çatdı

ABŞ-da faiz endirimi gözləntilərinin artması və dolların zəifləməsi fonunda qızıl bazarında yüksəliş davam edir.

BBN.az xəbər verir ki, bazar ertəsi spot qızılın qiyməti 0,3% artaraq ununsa 4 241,27 dollar olub və bu, son altı həftənin ən yüksək səviyyəsidir.

Fevral fyuçersləri də 0,5% bahalaşaraq 4 274,80 dollar səviyyəsində bağlanıb.

Eyni zamanda gümüş bazarında tarixi rekord qeydə alınıb — qiymət 58,83 dollar/uns səviyyəsinə yüksələrək bütün zamanların maksimumunu yeniləyib.

Analitiklər bildirirlər ki, həm qızıl, həm də gümüş qiymətləri hazırda yanal-yuxarı trend (sideways-to-uptrend) içindədir və ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri Cerom Pauellin gün ərzində gözlənilən çıxışı bazarda əlavə hərəkət yarada bilər.

Related posts

“Nebius” konvertasiya olunan istiqrazların yerləşdirilməsi nəticəsində $4 mlrd. cəlb edib

Qlobal Bazarlarda “Qırmızı Tufan”: Neft və Qaz Sıçrayır, Səhmlər Çökür!

EBRD Azərbaycanda cari layihələr portfelini və əməliyyat aktivlərini artırıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı