Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Qızıl ucuzlaşdı: Bazarın gözü FED sədrinin kritik çıxışındadır - BBN

Qızıl ucuzlaşdı: Bazarın gözü FED sədrinin kritik çıxışındadır

Qızılın qiyməti cümə günü geriləyib. İnvestorlar ABŞ Federal Ehtiyat Sisteminin sədri Kevin Warshın Jackson Hole simpoziumunda edəcəyi çıxışı gözləyirlər. Onun açıqlamalarının faiz dərəcələrinin gələcək istiqaməti ilə bağlı bazarlara mühüm siqnallar verəcəyi gözlənilir.

Spot bazarda qızılın qiyməti 0,5% azalaraq bir unsiya üçün 4 576,30 dollara düşüb. Qiymətli metal həftənin əvvəlində üç aydan artıq müddətin ən yüksək səviyyəsinə yüksəlmişdi.

ABŞ qızıl fyuçersləri isə 0,8% ucuzlaşaraq 4 629 dollara enib.

Bazarda əsas diqqət FED-in inflyasiya ilə mübarizədə hansı mövqeni seçəcəyinə yönəlib. ABŞ-da iyul ayı üzrə fərdi istehlak xərcləri qiymət indeksi illik müqayisədə 3,7% artıb. Yüksək inflyasiya göstəricisi pul siyasətinin daha sərt qala biləcəyi ilə bağlı gözləntiləri gücləndirib.

Hazırda treyderlər sentyabrda faiz artımı ehtimalını 33,9%, dekabradək faiz artımı ehtimalını isə 74% səviyyəsində qiymətləndirirlər.

Analitiklərin fikrincə, Kevin Warsh Jackson Hole çıxışında sərt monetar siyasətə üstünlük verən mesajlar səsləndirərsə, qızıl qısamüddətli dövrdə əlavə təzyiqlə üzləşə bilər. Bununla belə, mümkün qiymət enişinin bazara daxil olmaq istəyən investorlar tərəfindən alış fürsəti kimi qiymətləndirilməsi də istisna edilmir.

Qızıl faiz gəliri gətirmədiyindən yüksək faiz dərəcələri adətən qiymətli metal üçün mənfi amil hesab olunur. Digər tərəfdən, ABŞ-ın fiskal vəziyyəti ilə bağlı narahatlıqlar, birja fondlarına və fyuçerslərə marağın artması, eləcə də rəsmi sektorun alışları qızıl qiymətlərinə dəstək verməkdə davam edir.

Digər qiymətli metallarda da geriləmə qeydə alınıb. Gümüş 1% ucuzlaşaraq 68,54 dollara, palladium 0,8% azalaraq 1 339,84 dollara düşüb. Platin isə 0,6% geriləyərək 1 834,83 dollar olub.

Related posts

AMB sədr müavini Özbəkistan Mərkəzi Bankının rəsmisi ilə görüşüb

Azərbaycanın qara metal ixracı 23,5% artıb

Kartlar populyar qaldıqca interchange haqlarının azalması çətin görünür

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı