Əmtəə bazarlarında qiymətli metallar üzrə fyuçerslərin dəyərində artım qeydə alınıb.
BBN.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin iyun fyuçerslərinin qiyməti 0,86% yüksələrək 4 050,4 ABŞ dollarına çatıb.
Eyni zamanda, COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin iyul fyuçerslərinin dəyəri 1,69% artaraq 58,04 ABŞ dolları təşkil edib.