Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Xalq Bank nizamnamə kapitalını artırdı - BBN

Xalq Bank nizamnamə kapitalını artırdı

ASC “Xalq” Bankı nizamnamə kapitalını 30 494 520 manat artıraraq 477 094 000 manata çatdırdı. Qeyd edək ki, kapital artımı Bankın nominal səhmlərinin dəyərinin artırılması hesabına baş tutub.

Nizamnamə kapitalının artırılması Bankın dayanıqlı inkişafı və davamlı böyüməsini təmin etməklə yanaşı, həmçinin Bankın İnkişaf Strategiyasında nəzərdə tutulmuş hədəflərinə nail olunmasına dəstək olaraq maliyyələşdirmə imkanlarını genişləndirəcək.

Xatırladaq ki, əsası 2004-cü ildə qoyulmuş və ölkənin etibarlı maliyyə institutlarından olan Xalq Bankın son rüb göstəricilərinə əsasən aktivləri 2,832 mlrd manat təşkil edir. Qeyd olunan tarixə Bankın kredit portfelinin həcmi 1,843 mlrd manat, depozitlərin həcmi 1,921 mlrd manat, xalis mənfəəti 13,5 mln manat təşkil etmişdir.

Related posts

Azərbaycanda orta aylıq nominal əməkhaqqı 7,3% artıb

Azərbaycanda ÜDM 0,8% artıb

“LC Waikiki”, “Koton”, “Decathlon” və digər brendləri birləşdirən loyallıq sistemi indi ABB mobile-da

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı