Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Qızılın dünya bazarlarında bahalaşması lombardların kredit şərtlərinə necə təsir göstərib? - BBN

Qızılın dünya bazarlarında bahalaşması lombardların kredit şərtlərinə necə təsir göstərib?

Qızılın dünya bazarlarında bahalaşması Azərbaycanda lombardların kredit şərtlərinə necə təsir göstərib?

BBN.az xəbər verir ki, bu barədə İqtisadçı-ekspert Xalid Kərimli AZƏRTAC-a açıqlama verib. O bildirib ki, lombardlarda qızıl əsasən riskin təmin edilməsi məqsədilə girov kimi istifadə olunur. Yəni lombardlar qızıl girovu əsasında kredit verirlər. Qızılın qiymətinin davamlı artması onun likvid dəyərini yüksəldir və bu da qızıla qarşılıq daha yüksək məbləğdə kredit verilməsinə imkan yaradır.

“Bir-iki il əvvəl qızıl girov qoymaqla müəyyən məbləğdə kredit almaq mümkün idisə, hazırda həmin məbləğ ən azı iki dəfə artıb. Bu artım birbaşa kreditin məbləğinə təsir göstərir. Onun sözlərinə görə, lombardlar qızılın qiymətinin gələcəkdə də artacağını düşündükləri üçün girov dəyərini əvvəlki kimi aşağı müəyyən etmirlər. Qiymətin düşmə ehtimalını zəif hesab etdiklərinə görə, qızıl girovuna əsaslanaraq daha böyük məbləğdə kredit vermək riskini öz üzərlərinə götürə bilirlər. Bu isə əsasən kreditin verilmə məbləğinə təsir edir.

Lombardlar qızılı əyarına, çəkisinə və mənşə ölkəsinə görə qiymətləndirirlər. Bazarda tələbat da bu meyarlara uyğun formalaşır. Zərgərlik məmulatı girov kimi qəbul edilərkən onun gələcəkdə əridilərək satılması zamanı dəyər itkisi, eləcə də dəbdən düşmə riski nəzərə alınır. Bu amillər əvvəl olduğu kimi indi də aktualdır”, – deyə ekspert qeyd edib.

Xalid Kərimli vurğulayıb ki, lombard kreditləri bank kreditlərinin bir növü hesab olunur və banklar da lombard krediti verə bilərlər: “Lakin bank kreditləri ilə lombard kreditləri arasında ciddi rəqabət yoxdur. Əksinə, banklardan kredit ala bilməyən vətəndaşlar daha yüksək faiz dərəcələrinə baxmayaraq lombardlara müraciət edirlər”.

Related posts

Şuşada Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması üzrə pilot layihəyə start verilib

“10-u qaçırma”: Bank Respublika Visa Wolt kartı ilə McDonald’s-da endirim qazan!

ADB Bakı metrosunun genişləndirilməsinə 850 milyon dollar kredit verə bilər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı