Qızılın gələcək qiymətində nə gözlənilir?

Dünya əmtəə bazarında qızılın qiyməti cüzi düşüb.

BBN.az xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 1,35 ABŞ dolları (0,07%) ucuzlaşaraq 1 unsiyası 1 979,45 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,09% düşərək 1 unsiyası 25,238 ABŞ dolları olub.

Qeyd edək ki, qızılın təchizatı aşağı, tələb yüksək olduqda qiymət yüksəlir. Əksinə təchizat yüksək, tələb aşağı olduqda isə qiymət enir. Bundan başqa, faiz dərəcələri, inflyasiya, məzənnənin dəyəri, geosiyasi hadisələr, iqtisadi vəziyyətlər kimi başqa faktorlar da qiymətlərə təsir etməkdədir. Bildirək ki, təxminlərə əsasən qızılın bir unsiyasının qiyməti 2025-ci ilə qədər özünün rekord həddinə 2.200 dollara çatacaq.

Related posts

“Azexport” portalının dəstəyi ilə Naxçıvandan Efiopiyaya məhsul ixrac ediləcək

“İşğaldan azad olunmuş ərazilərimiz ölkə iqtisadiyyatına yenidən inteqrasiya olur”

Dünya bazarında qızıl bahalaşmaqda davam edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı