Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Qlobal şirkətlər iş yerlərini ixtisar edir - BBN

Qlobal şirkətlər iş yerlərini ixtisar edir

Qlobal maliyyə və texnologiya şirkətləri xərcləri azaltmaq və strateji prioritetlərini yenidən qurmaq məqsədilə kütləvi ixtisarlara start veriblər.

BBN.az xəbər verir ki, “Citigroup”, “Meta” və “BlackRock” bu həftə  minlərlə işçini əhatə edən ixtisar planlarını həyata keçirir.

“Citigroup” yenidənqurma strategiyası çərçivəsində bu həftə təxminən 1000 əməkdaşı işdən çıxaracaq. Bank 2026-cı ilin sonuna qədər ümumilikdə 20 min iş yerini ləğv etməyi planlaşdırır və işçi sayını təxminən 180 minə endirməyi hədəfləyir.

“BlackRock” da qlobal işçi heyətinin təxminən 1%-ni, yəni 250-yə yaxın əməkdaşı işdən çıxarmağa hazırlaşır. İxtisarlar əsasən investisiya və satış bölmələrini əhatə edəcək.

Şirkətlər bildirirlər ki, bu addımlar resursların daha gəlirli və yüksək artım potensialına malik sahələrə yönəldilməsi məqsədi daşıyır.

Related posts

“Samsung” çip sənayesinə 73 milyard dollar sərmayə qoyacaq

“Nebius” konvertasiya olunan istiqrazların yerləşdirilməsi nəticəsində $4 mlrd. cəlb edib

Qlobal Bazarlarda “Qırmızı Tufan”: Neft və Qaz Sıçrayır, Səhmlər Çökür!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı