
Qlobal maliyyə və texnologiya şirkətləri xərcləri azaltmaq və strateji prioritetlərini yenidən qurmaq məqsədilə kütləvi ixtisarlara start veriblər.
BBN.az xəbər verir ki, “Citigroup”, “Meta” və “BlackRock” bu həftə minlərlə işçini əhatə edən ixtisar planlarını həyata keçirir.
“Citigroup” yenidənqurma strategiyası çərçivəsində bu həftə təxminən 1000 əməkdaşı işdən çıxaracaq. Bank 2026-cı ilin sonuna qədər ümumilikdə 20 min iş yerini ləğv etməyi planlaşdırır və işçi sayını təxminən 180 minə endirməyi hədəfləyir.
“BlackRock” da qlobal işçi heyətinin təxminən 1%-ni, yəni 250-yə yaxın əməkdaşı işdən çıxarmağa hazırlaşır. İxtisarlar əsasən investisiya və satış bölmələrini əhatə edəcək.
Şirkətlər bildirirlər ki, bu addımlar resursların daha gəlirli və yüksək artım potensialına malik sahələrə yönəldilməsi məqsədi daşıyır.





