Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Rəqəmsal CAREC: Regional rəqəmsal fərq” mövzusunda görüş keçirilib - BBN

“Rəqəmsal CAREC: Regional rəqəmsal fərq” mövzusunda görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Layihələr departamentinin rəhbəri Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutu (CAREC), İslam İnkişaf Bankı (İİB) və Asiya İnkişaf Bankı İnstitutunun (ADBI) birgə keçirdiyi “Rəqəmsal CAREC: Regional rəqəmsal fərq” mövzusunda dəyirmi masada iştirak edib.

Görüşdə CAREC üzv ölkələrindən olan nümayəndələr rəqəmsal boşluqlar, bu sahədə investisiya imkanları və həyata keçiriləcək tədbirlərə dair müzakirələr aparıblar. Tədbirdə qeyd edilib ki, rəqəmsal xidmətlərin əlçatanlığının artırılması bu gün inkişaf etməkdə olan ölkələrdə əsas prioritetlərdən sayılır.

Sonda dəyirmi masada beynəlxalq ekspertlər bir araya gələrək CAREC İnstitutu və İslam İnkişaf Bankının birgə apardığı tədqiqatları təqdim ediblər. CAREC regionunda rəqəmsal boşluğun təhlili üzrə tədqiqatın ümumi nəticələrində rəqəmsal xarici birbaşa investisiyalar, rəqəmsal təhlükəsizlik, rəqəmsal qeyri-bərabərlik, əlçatanlıq, rəqəmsal ödənişlər və internet xərcləri mövzuları təhlil edilərək iştirakçıların diqqətinə çatdırılıb. 

Related posts

Sahibkarlar “INNOPROM.Belarus” sərgisinə dəvət olunurlar

Mərkəzi Bank tərəfindən Gəncə şəhərində keçirilən vətəndaş qəbullarının əlçatanlığı artırılır

Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı