Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Rəqəmsal maliyyənin inkişafı istehlakçıların qorunmasından asılıdır - BBN

Rəqəmsal maliyyənin inkişafı istehlakçıların qorunmasından asılıdır

Azərbaycan Mərkəzi Bankının sədrinin müavini Toğrul Əliyev bildirib ki, rəqəmsal maliyyə sistemlərinin inkişafı istehlakçıların qorunmasından asılıdır. Bu barədə “Report” xəbər verir.

T. Əliyev Bakıda keçirilən “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” forumunda çıxışı zamanı vurğulayıb ki, son illərdə rəqəmsallaşma qlobal maliyyə sisteminin əsas sütununa çevrilib:

“Elektron ticarət, mobil bankçılıq və innovativ fintex həlləri sayəsində xidmətlərin əlçatanlığı əhəmiyyətli dərəcədə artıb. Bu dəyişikliklər təkcə rahatlıq deyil, həm də maliyyə inklüzivliyinin genişlənməsinə və yeni biznes modellərinin yaranmasına xidmət edir”.

O əlavə edib ki, innovasiyaların sürətli tətbiqi ilə yanaşı, kibertəhlükəsizlik və fərdi məlumatların qorunması məsələləri daha da aktuallaşır:

“Maliyyə sektorunun dayanıqlı inkişafı istehlakçıların hüquqlarının etibarlı müdafiəsindən asılıdır. Bu məqsədlə rəqəmsal maliyyə savadlılığının üç əsas komponenti diqqət mərkəzində saxlanılmalıdır”.

Sədr müavini üç əsas komponenti belə izah edib:

  1. Rəqəmsal bankçılıq bacarıqlarının inkişafı – elektron pul kisələrindən və müasir ödəniş alətlərindən düzgün və effektiv istifadə.

  2. Strateji planlama – vətəndaşların rəqəmsal alətlər vasitəsilə xərclərini təhlil etməsi və səmərəli investisiya qərarları verməsi.

  3. Rəqəmsal təhlükəsizlik qaydalarının mənimsənilməsi – güclü şifrələrin yaradılması və fişinq kimi kiberhücumlardan qorunma yollarının öyrənilməsi, istehlakçıların şəxsi məlumatlarının təhlükəsizliyinin təmin edilməsi.

Related posts

ADB Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu yüksəldib

ADB Azərbaycanın tədiyyə balansı üzrə 2026–2027-ci illər üçün proqnozlarını açıqlayıb

ABA və Mərkəzi Bank nümayəndələri Yaponiyanın Mərkəzi Bankı (BOJ) ilə rəqəmsal maliyyə texnologiyaları üzrə görüşlər keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı