Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Rabitəbankda əmanətiniz ilk aydan qazanc gətirəcək! - BBN

Rabitəbankda əmanətiniz ilk aydan qazanc gətirəcək!

Rabitəbank “Yeni il” əmanət kampaniyasına start verib.

Bank müştərilərinin daha sərfəli şərtlərlə gəlir əldə etməsi üçün əmanət məhsullarının şərtlərini yeniləyərək “Yeni il” kampaniyasına start verib. Kampaniya çərçivəsində banka yerləşdirilən əmanətlər ilk aydan qazanc gətirməklə yanaşı, hər ay faiz dərəcəsi artaraq 9.5%-ə qədər yüksəlir. Bu isə müştərilərə qısa müddətdə daha yüksək gəlir əldə etmək imkanı yaradır.

Müştəri məmnuniyyətini və etibarlılığı daim prioritet olaraq qəbul edən Rabitəbank tərəfindən 100.000 AZN-dək olan əmanətlər Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən sığortalanır və bu da müştərilərə əlavə etibarlılıq təmin edir.

Əmanətin açılması üçün tələb olunan minimal məbləğ cəmi 200 AZN təşkil edir ki, bu da kampaniyanı daha geniş auditoriya üçün əlçatan edir. Kampaniya 31 mart 2026-cı il tarixinədək davam edəcək.

Kampaniyadan yararlanmaq istəyən hər kəs Rabitəbankın Baş ofisinə və ya filial şəbəkəsinə müraciət edə bilər.

Qısa müddətdə daha çox gəlir əldə etmək üçün bu fürsəti qaçırmayın!

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Related posts

Kino Agentliyi maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib

Azərbaycan banklarına ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb

Unibank Şirvanda yeni filialını açıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı