Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Rabitəbankın rəhbəri: “Məqsədimiz bankı tam maliyyə marketinə çevirməkdir” - BBN

Rabitəbankın rəhbəri: “Məqsədimiz bankı tam maliyyə marketinə çevirməkdir”

Rabitəbank qarşıdakı illər üçün müəyyən etdiyi inkişaf strategiyası çərçivəsində müştərilərinə bank, sığorta və investisiya xidmətlərini vahid platformada təqdim edən tam maliyyə marketi modelinə keçidi əsas hədəflərindən biri kimi müəyyənləşdirib.

BBN.az xəbər verir ki, bu barədə Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov məlumat verib.

Onun sözlərinə görə, bank hər üç ildən bir strateji inkişaf planını yeniləyir və əvvəlki dövrlər üzrə müəyyənləşdirilən əsas məqsədlərin böyük hissəsinə nail olunub.

Aydın Hüseynov qeyd edib ki, Rabitəbank artıq fəaliyyətini yalnız ənənəvi bank xidmətləri ilə məhdudlaşdırmır. Bank müştərilərinə bankçılıqla yanaşı, sığorta və investisiya imkanlarını da vahid sistem üzərindən təqdim edir.

Bank rəhbərinin sözlərinə görə, müştərilərin müxtəlif maliyyə ehtiyaclarını bir platformada qarşılamaq məqsədilə sığorta istiqamətində də fəaliyyət genişləndirilib. Bu məqsədlə 2021-ci ildə Mərkəzi Banka müraciət edilib, əməkdaşlar müvafiq sertifikatlar əldə edib və Rabitəbank sığorta məhsullarının satışına başlayıb. Hazırda müştərilər bankın filiallarında, həmçinin “Rabitə Mobile” tətbiqi vasitəsilə müxtəlif sığorta məhsullarından istifadə edə bilirlər.

Strategiyanın digər mühüm istiqamətlərindən biri isə investisiya xidmətlərinin inkişafıdır. Bu çərçivədə bankın törəmə şirkəti Capital Partners investisiya şirkətinin fəaliyyəti genişləndirilib, lisenziyası yenilənib, texnoloji imkanları təkmilləşdirilib və peşəkar komanda formalaşdırılıb.

Məlumata görə, ötən ildən istifadəyə verilən “Rabitə İnvest” modulu vasitəsilə müştərilər mobil tətbiqdən istifadə etməklə ABŞ fond bazarında səhmlərə və istiqrazlara, ETF-lərə, əmtəə alətlərinə, eləcə də bitkoinlə əlaqəli investisiya məhsullarına yatırım edə bilirlər.

Aydın Hüseynov bildirib ki, hazırda müştərilər bank, sığorta və investisiya xidmətlərini vahid platformada əldə etmək imkanına malikdirlər. O, əsas məqsədin Rabitəbankı və “Rabitə Mobile” tətbiqini bütün maliyyə xidmətlərinin bir arada təqdim olunduğu vahid platformaya çevirmək olduğunu vurğulayıb.

Bankın fəaliyyətində sahibkarlar üçün qeyri-maliyyə həllərinin inkişafına da diqqət yetirilir. Rabitəbank müxtəlif peşəkar konsaltinq şirkətləri ilə əməkdaşlıq edərək hüquqi və korporativ müştərilərinə vergi, mühasibatlıq, hüquq, insan resursları və digər istiqamətlər üzrə məsləhət xidmətlərindən 20–30% güzəştlə yararlanmaq imkanı təqdim edir.

Bank rəhbəri bildirib ki, bu xidmətlər Rabitəbank üçün kommersiya gəliri mənbəyi deyil. Əsas məqsəd sahibkarların fəaliyyətini daha səmərəli qurmasına dəstək olmaq və onların əlavə üstünlüklər əldə etməsinə şərait yaratmaqdır.

Aydın Hüseynovun sözlərinə görə, Rabitəbankın uzunmüddətli inkişaf strategiyasının əsasını “one-stop shop” prinsipi təşkil edir. Bu yanaşma müştərilərin əsas maliyyə xidmətlərini bir platformadan əldə etməsinə imkan verir. Xidmətlərin böyük hissəsi isə artıq rəqəmsal kanallar üzərindən təqdim olunur.

O əlavə edib ki, bankın 2025–2027-ci illər strategiyası çərçivəsində hazırda mobil tətbiqdə mövcud olmayan məhsul və xidmətlərin də mərhələli şəkildə rəqəmsallaşdırılması planlaşdırılır. Bu istiqamətdə görüləcək işlərin müştəri təcrübəsinin yaxşılaşdırılmasına, xidmətlərin əlçatanlığının artırılmasına və Rabitəbankın tam maliyyə ekosisteminə çevrilməsinə töhfə verəcəyi gözlənilir.

valyuta.az

Related posts

ARDNF-in aktivləri 72,6 milyard dollara yaxınlaşıb

Başlıq: İlon Maskdan “Odisseya” ilə bağlı süni intellekt açıqlaması

Bank of Baku-da Azərbaycan Dili Günü – seminar təşkil edild

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı