Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Regional” BOKT-un mənfəəti artıb, aktivləri 40%-dən çox böyüyüb - BBN

“Regional” BOKT-un mənfəəti artıb, aktivləri 40%-dən çox böyüyüb

“Regional” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 215 min manat xalis mənfəətlə başa vurub. Bu göstərici 2024-cü illə müqayisədə artım deməkdir – ötən il şirkətin xalis mənfəəti 192 min manat olub.

Maliyyə hesabatına əsasən, 2025-ci ildə BOKT-un vergiyəqədərki mənfəəti 269 min manat təşkil edib ki, bu da illik müqayisədə 40,1% çoxdur. Hesabat dövründə mənfəət vergisi üzrə ödənişlər 54 min manat olub, halbuki 2024-cü ildə şirkət vergi ödəməyib.

2026-cı il yanvarın 1-nə “Regional”ın aktivləri 6,588 milyon manata çatıb. Bu isə bir il əvvələ nisbətən 41,9% artım deməkdir. Aktivlərin əsas hissəsini – 4,834 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil edir. İl ərzində kredit portfeli 16,1% genişlənib.

Eyni dövrdə şirkətin öhdəlikləri 14% artaraq 4,709 milyon manata yüksəlib. Balans kapitalı isə 3,7 dəfə artaraq 1,879 milyon manata çatıb. Nizamnamə kapitalında da ciddi artım qeydə alınıb – bu göstərici 3,2 dəfə artaraq 1,6 milyon manat olub.

Xatırladaq ki, “Regional” BOKT 2014-cü ildə təsis edilib. Şirkətin təsisçiləri hər biri 33,3% payla Əli Əliyev, Nahid BəhramovNigar Tağıyevadır.

Related posts

Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti “Money Forward, Inc.” şirkəti ilə görüş keçirib

ABA nümayəndələri Yaponiyanın Zengin-Net ödəniş sistemi ilə tanış olub

AİB: Azərbaycanın cari əməliyyatlar hesabında profisit azalacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı