Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Respondentlərin 52,6%-i ölkəmizdə tramvayın fəaliyyət göstərməsini istəyir – SORĞU - BBN

Respondentlərin 52,6%-i ölkəmizdə tramvayın fəaliyyət göstərməsini istəyir – SORĞU

Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda nəqliyyatçılar 1 milyard 24,9 milyon sərnişinə xidmət göstəriblər. MTM (Media Təhlil Mərkəzi) bunu nəzərə alaraq, vətəndaşların ictimai nəqliyyatla bağlı fikirlərini öyrənib.

Sorğuda iştirak edən 1733 respondentin 42%-ni qadınlar, 58%-ni kişilər təşkil edib.

İlk suala verilən cavablar əsasında məlum olub ki, respondentlərin 86%-i ictimai nəqliyyatdan mütəmadi, 12,1%-i nadir hallarda istifadə edir. İştirakçıların 1,9%-i ictimai nəqliyyatdan istifadə etmədiyini deyib.

Nəticələr göstərir ki, respondentlərin 62,1%-i avtobusdan, 26,8%-i metrodan, 8,7%-i taksidən, 2,4%-i sürət qatarından daha çox istifadə edir.

Sorğu iştirakçılarının 52,6%-i ölkəmizdə tramvayın, 34,6%-i metrobusun, 12,8%-i trolleybusun fəaliyyət göstərməsini istəyir.

Bir neçə variant seçmək imkanına malik olan respondentlərdən ictimai nəqliyyatın işinə mənfi təsir edən əsas amillər soruşulub. Cavablar aşağıdakı kimidir:

Avtobusların hərəkət cədvəlindəki uzun fasilələr – 72,3%;

Tıxaclar – 69,5%;

İritutumlu avtobusların olmaması – 33,2%;

Sürücülər – 30,2%;

Sərnişinlər – 19%.

Related posts

Sahibkarlar “INNOPROM.Belarus” sərgisinə dəvət olunurlar

Mərkəzi Bank tərəfindən Gəncə şəhərində keçirilən vətəndaş qəbullarının əlçatanlığı artırılır

Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı