Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Rusiya-Ukrayna münaqişəsi dünya bazarında buğdanın qiyməti

Rusiya-Ukrayna münaqişəsi dünya bazarında buğdanın qiymətinin sürətlə artmasına zəmin yaradır

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Rəşad Hüseynovun şərhi:

Dünyada buğda ixracının 29 faizi Rusiya və Ukraynanın payına düşür. Rusiya-Ukrayna müharibəsi artıq dünya bazarında buğdanın qiymətinin sürətlə artmasına zəmin yaradır.

Azərbaycanın taxılla bağlı ehtiyatları bir müddət daxili bazarda taxılın qiymətinin saxlanılması üçün istifadə oluna bilər. Lakin Azərbaycan üçün ən optimal variant alternativ bazarları axtarmaqdır.

Ötən il Azərbaycanda buğda istehsalında hər hektara düşən məhsuldarlıq 31.7 sentner olub. Son 5 ildə orta məhsuldarlıqda artım müşahidə edilmişdir. Lakin bunu, buğda istehsal edən bir sıra qabaqcıl ölkələrlə müqayisə etsək, bu rəqəmin aşağı olduğunu görərik. Bu sahədə görüləsi işlər davam etdirilməlidir.

Azərbaycanda əhalinin böyük hissəsinin kalorili olan ehtiyacı çörək üzərindən qarşılandığı üçün buğda çox ciddi strateji məhsuldur. Beynəlxalq statistik məlumatlara əsasən, Azərbaycanda un istehsalı 2020-ci ildə adambaşına 84-85 kq-dır. Amma inkişaf etmiş ölkələrdə bu rəqəm 55-65 kq-dır.

Azərbaycanda un istehlakının daha çox olması buğdanın ərzaq təhlükəsizliyini saxlamaq üçün önəmli məhsul olduğunu deməyə əsas verir.

Related posts

KOBİA “Caspian Oil and Gas” sərgisində xüsusi stend təşkil edəcək

Avstriya ilə ticarət dövriyyəsi artıb

Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı