Səhiyyə sahəsində dövlət-özəl sektor tərəfdaşlığı üzrə maarifləndirci tədbir keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin təşkilatçılığı və İstanbul Dövlət-Özəl Tərəfdaşlığı üzrə Kamillik Mərkəzinin dəstəyi ilə mayın 8-də dövlət-özəl sektor tərəfdaşlığına (DÖST) dair növbəti vebinar keçirilib. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə İstanbul Dövlət-Özəl Tərəfdaşlığı üzrə Kamillik Mərkəzinin rəhbəri Eyup Vural Aydın Türkiyədə səhiyyə sahəsində dövlət-özəl sektor tərəfdaşlığı təcrübəsi, bu sahədə həyata keçirilən layihələr və onların xüsusiyyətləri barədə təqdimatla çıxış edib, iştirakçıların suallarını cavablandırıb. 

Müzakirələr çərçivəsində ölkəmizdə səhiyyə sektorunda dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi və bu modelin tətbiqinin genişləndirilməsi üçün imkanların olduğu, bu sahədə Türkiyənin müsbət təcrübəsindən yararlanmağın əhəmiyyəti vurğulanıb.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı