Sənaye parklarının rezidentləri indiyə qədər 525 milyon manat vəsaitə qənaət ediblər

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye parklarında fəaliyyət göstərən sahibkarlara ümumilikdə 1805 ədəd, cari ilin 8 ayında isə 210 ədəd təsdiqedici sənəd verilib. Bu sənədlər əsasında rezidentlər sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində ümumilikdə 524,5 milyon manatdan çox, 2025-ci ilin yanvar-avqust aylarında isə 19,5 milyon manatdan artıq şəxsi vəsaitlərinə qənaət ediblər.

Qeyd edək ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar.

Related posts

Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı

23 yaşlı Zaur 150-yə yaxın şəxsi belə aldadıb – Kiberpolisdən əməliyyat – Video

“Allianz” Azərbaycanın ölkə risk reytinqini sabit saxlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı