Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Sahibkarlar “Worldfood Moscow 2026” sərgisinə dəvət olunurlar - BBN

Sahibkarlar “Worldfood Moscow 2026” sərgisinə dəvət olunurlar

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Rusiya Federasiyasının Moskva şəhərində 2026-cı ilin 15-18 sentyabr tarixlərində keçiriləcək “Worldfood Moscow 2026” beynəlxalq qida sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 21 şirkət.

İştirakçılar müsabiqə əsasında seçiləcək.

Sərginin əhatə etdiyi sahələr (məhsullar): Qida və içki sənayesi.

Müraciətlərin qəbulu aşağıda təqdim olunan XİFMN məhsul kodlarına daxil olan qida məhsulları üzrə həyata keçiriləcək.

XİFMN üzrə məhsulun kodu Məhsulun adı
0210 Ət və qidaya yararlı ət əlavələri, duzlu, duzlu suda olan, qurudulmuş və ya hisə verilmiş; ətdən və ya ət əlavələrindən qida üçün yararlı olan qaba və narın üyüdülmüş un
04 Süd məhsulları; quş yumurtası; təbii bal, başqa yerdə adı çəkilməyən və təsnif olmayan heyvan mənşəli ərzaq məhsulları
07 Tərəvəz və bəzi yeməli meyvəköklülər və kök yumruları
08 Yeməli meyvələr və qoz-fındıq; sitrus meyvələrinin qabıqları və ya qovun qabıqcıqları
09 Qəhvə, çay, mate və ya Paraqvay çayı və ədviyyatlar
10 Dənli bitkilər
12 Yağlı toxum və bar; digər toxumlar, bar və taxıl; dərman bitkiləri və texniki məqsədlər üçün bitkilər; saman və yem
 

15

Heyvan və ya bitki mənşəli piylər və yağlar və onların parçalanması nəticəsində alınan məhsullar; hazır yeyinti piyləri; heyvan və ya bitki mənşəli mumlar
16 Ətdən, balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından alınan hazır məhsullar
17 Şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları
18 Kakao və ondan hazırlanan məhsullar
19 Taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsullar; un qənnadı məmulatları
20 Tərəvəzlərin, meyvələrin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları
21 Müxtəlif ərzaq məhsulları
22 Alkoqollu və alkoqolsuz içkilər və sirkə
24 Tütün və tütün sənaye əvəzediciləri
3919 Plastik kütlədən plitələr, təbəqələr, plyonkalar, folqalar, lentlər, zolaqlar və digər yastı formalar, özüyapışan, rulonlarda olan və ya olmayan
4823 Forma və ya ölçü üzrə kəsilmiş kağız, karton, sellüloz pambıq və sellüloz lifli parçalar və digərləri; kağız kütlədən, kağızdan, kartondan, sellüloz pambıqdan və sellüloz lifli parçalar və digər məmulatlar

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi –  Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.

Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında 17 iyul 2026-cı il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

  • İxracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
  • Nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
  • Sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;
  • Meyarların cəmi üzrə minimum keçid balı: 20 bal.

Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

  • Ərizə;
  • Dəstək tədbirində iştirakla bağlı Şərtlər;
  • Sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
  • Son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;
  • Bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə).

Sənədlər aşağıdakı ünvan üzrə 3 iyul 2026-cı il tarixinədək təqdim olunmalıdır: AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr., 32, Bakı, AZ1000.

Əlavə məlumat üçün:

Tel: (+994 12) 598-01-47/48 (daxili – 3665);

Mob: (+994 55) 438-58-32.

E-mail: orkhan.mustafayev@azpromo.gov.az;

Orxan Mustafayev – AZPROMO-nun İxracın təşviqi departamentinin İxrac bazarları ilə iş şöbəsinin böyük mütəxəssisi.

Related posts

Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək

WUF13 çərçivəsində Biznes Assambleyasının sessiyası keçirilib

Leysanlardan zərər görənlərə xəbərdarlıq: Sığortası olmayan evlərə kompensasiya ödənilməyəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı