Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Sahibkarlara biznes tərəfdaşlığına dair təlim keçirilib - BBN

Sahibkarlara biznes tərəfdaşlığına dair təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkar və menecerlər üçün “Beynəlxalq ticarətdə bazar araşdırması və biznes tərəfdaşlığı” mövzusunda növbəti təlim təşkil edib.

KOBİA-dan BBN.az bildirilib ki, məqsəd sahibkarların, xüsusilə bu ilin fevral-mart aylarında Almaniya-Azərbaycan Birgə Proqramı çərçivəsində Almaniyanın Münhen şəhərində ixtisasartırma kursu və təcrübə keçəcək sahibkar və menecerlərin ixrac sahəsində məlumatlandırılmasıdır. Təlimdə “My Broker” MMC-nin əməkdaşları sahibkarlara ixrac sahəsində əlaqələrin genişləndirilməsi, yeni satış bazarlarının tapılması, elektron ticarət, biznes tərəfdaşlığı barədə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.

Beynəlxalq ticarət, bazar araşdırmaları və ixracla bağlı sahibkarların marağı və müraciətləri nəzərə alınaraq 2020-ci il ərzində KOBİA tərəfindən bu sahədə müxtəlif formatlı tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Tədbirlər barədə ətraflı məlumatı KOBİA-nın internet saytındakı “Tədbirlər təqvimi” bölməsindən əldə etmək olar (http://smb.gov.az/events).

Related posts

Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək

“ASAN xidmət” təcrübəsinin Tacikistanla paylaşılmasına dair müzakirələr aparılıb

WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı