Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Sahil Babayev: 2025-ci il dövlət büdcəsinin icrası maliyyə sabitliyini təmin edib - BBN

Sahil Babayev: 2025-ci il dövlət büdcəsinin icrası maliyyə sabitliyini təmin edib

2025-ci ilin dövlət büdcəsinin icrası Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf kursunun mürəkkəb qlobal şəraitdə də ölkənin maliyyə sabitliyini və dayanıqlı inkişafını təmin etdiyini göstərir.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, son illərdə dünyada geosiyasi gərginliklərin artması, logistika zəncirlərində yaranan problemlər, enerji və ərzaq bazarlarındakı dəyişkənliyə baxmayaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruyub və dövlət maliyyə sistemi çevik, məsuliyyətli idarəetmə prinsipləri əsasında fəaliyyət göstərib.

S.Babayev qeyd edib ki, əldə olunan nəticələrin əsasını fiskal intizamın gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və əhalinin sosial rifahının yüksəldilməsinə yönəlmiş ardıcıl siyasət təşkil edir.

Onun sözlərinə görə, 2025-ci ildə dövlət və icmal büdcələrin icrası hökumətin müəyyən etdiyi prioritet istiqamətlərə uyğun həyata keçirilib. Büdcə vəsaitləri sosial təminat tədbirlərinin maliyyələşdirilməsinə, ölkənin iqtisadi inkişafına, müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin gücləndirilməsinə, eləcə də işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin davam etdirilməsinə yönəldilib.

Nazir vurğulayıb ki, bununla da hökumət qarşısında qoyulan əsas vəzifələrin maliyyə təminatı tam şəkildə həyata keçirilib.

Related posts

Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanı

Sahil Babayev: Debitor borclar məsələsinə kompleks yanaşmaq lazımdır

Milli Məclis 2025-ci il dövlət büdcəsinin icrasını təsdiqləyib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı