Sentyabrın 14-də Avropa Komissiyası prezidentinin çıxışı olacaq: Gələcək ilə bağlı vizyonunu elan edəcək

Sentyabrın 14-də Avropa Komissiyasının prezidenti Ursula von der Leyenin çıxışı olacaq.

BBN.az Avropa Komissiyasının məlumatına istinadən xəbər verir ki, o bütövlükdə 2022-ci il ilə bağlı özünün fikirlərini paylaşacaq, həmçinin, hamı üçün lazım olacaq, Avropanın gələcəyi haqda vizyonunu elan edəcək.

Komissiyadan qeyd edilib ki, bu çıxış Avropa üçün olduqca əhəmiyyətlidir.

Avropa Komissiyası özünün məlumatında əlavə edib ki, bu il biz aşağıdakı məsələlər üzərində çox çalışmışıq. Ukrayna məsələsinə təcili reaksiya, #REPowerEU çərçivəsində Avropanın enerji böhranına geridönüş, maliyyə iqlimi boşluğunu bağlamaq, Avropa Birliyinin (Aİ) dijital transformasiyası, daha ədalətli iş mühitinin qurulması və Avropalı gənclər üçün imkanların yaradılması və s.

Tədbir onlayn təşkil ediləcək. Rəsmi LinkedIn səhifəsindən verilən məlumata, əsasən BURADAN çıxışı izləmək mümkün olacaq. Tədbir yerli saat ilə 11:00-dan 14:00-dək davam edəcək.

Related posts

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

IFC Mərkəzi və Şərqi Avropa üzrə yeni regional direktor təyin edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı