Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Sığorta sektorunda ləğv edilmiş lisenziyalar barədə məlumat - BBN

Sığorta sektorunda ləğv edilmiş lisenziyalar barədə məlumat

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciətlər əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 iyun 2025-ci il tarixli qərarına əsasən adları siyahıda qeyd olunmuş (əlavə olunur) 3 (üç) nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilmişdir.

İdarə Heyətinin eyni tarixli qərarı ilə Qanunun 107.1.2-ci maddəsinə əsasən lisenziya sahiblərinin lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmadığını nəzərə alaraq, adları siyahıda qeyd olunmuş 1 (bir) hüquqi şəxsə və 4 (dörd) nəfər fiziki şəxsə və Qanunun 107.1.3-cü maddəsinə əsasən 12 ay ərzində lisenziyalarının qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş halın, lisenziyaların qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yarandığını nəzərə alaraq, 2 (iki) nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilmişdir.

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci, 107.1.2-ci və 107.1.3-cü maddələrinə əsasən lisenziyaları ləğv edilən sığorta agentlərinin

SİYAHISI

Sığorta agentinin adı Lisenziyanın

tarixi

Lisenziyanın nömrəsi VÖEN Ləğvin hüquqi əsası
1  Babayev Emin Nazim oğlu 04.07.2013 000942 8500757002 “Sığorta fəaliyyəti haqqında” AR Qanunu, 107.1.3-cü maddə
2  Cəfərov Cəlal Yasin oğlu 05.10.2018 SA-0038 1503776812 “Sığorta fəaliyyəti haqqında” AR Qanunu, 107.1.1-ci maddə
3  Əvəzli Ayaz Mehran oğlu 17.10.2023 SA-0296 2004450522 “Sığorta fəaliyyəti haqqında” AR Qanunu, 107.1.2-ci maddə
4  Hüseynov Araz Ramiz oğlu 16.10.2014 080621 2302162262 “Sığorta fəaliyyəti haqqında” AR Qanunu, 107.1.2-ci maddə
5  Qaracayev Nicat Tahir oğlu 07.08.2012 000713 1002576062 “Sığorta fəaliyyəti haqqında” AR Qanunu, 107.1.2-ci maddə
6  Quliyev Elxan Misir oğlu 31.08.2022 SA-0244 2906734372 “Sığorta fəaliyyəti haqqında” AR Qanunu, 107.1.2-ci maddə
7  Məmmədov Amin İlqar oğlu 07.08.2015 080708 1304159032 “Sığorta fəaliyyəti haqqında” AR Qanunu, 107.1.3-cü maddə
8  Muradov Məzahir Qazəhməd oğlu 14.07.2011 000457 4500654002 “Sığorta fəaliyyəti haqqında” AR Qanunu, 107.1.1-ci maddə
9  Məmmədov Elsevər Afaqil oğlu 07.09.2017 SA-0022 1304970252 “Sığorta fəaliyyəti haqqında” AR Qanunu, 107.1.1-ci maddə
10  “Gatevay Management Azərbaycan” MMC 30.09.2024 SA-0347 1303153001 “Sığorta fəaliyyəti haqqında” AR Qanunu, 107.1.2-ci maddə

 

Related posts

Mərkəzi Bank innovativ maliyyə məhsullarının sınağı üçün müraciət qəbuluna başlayıb

Özbəkistanda sığorta sektorunun ÜDM-də payı Azərbaycandan aşağıdır

Azərbaycan bank sektorunun aktivləri 59,2 milyard manata yüksəlib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı