Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bankda “Emitentlər tərəfindən məlumatların açıqlanması” mövzusunda təqdimat keçirilib - BBN

Mərkəzi Bankda “Emitentlər tərəfindən məlumatların açıqlanması” mövzusunda təqdimat keçirilib

Mərkəzi Bankda “Kapital bazarının inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində “Emitentlər tərəfindən məlumatların açıqlanması” mövzusunda təqdimat keçirilib.

Tədbirdə ölkədə fəaliyyət göstərən investisiya şirkətlərinin, habelə qiymətli kağızları kütləvi təklif edilmiş və ya tənzimlənən bazarda ticarətə buraxılan şirkətlərin (emitentlərin) nümayəndələri iştirak edib. Təqdimat zamanı Mərkəzi Bank nümayəndələri tərəfindən “Emitentlər tərəfindən məlumatların açıqlanmasına dair Təlimat”la bağlı mühüm məqamlar vurğulanıb. Tədbirdə həmçinin məlumatların açıqlanması prosesində şirkətlərin tez-tez üzləşdiyi çətinliklər, normativ hüquqi aktların tələbləri baxımından çatışmazlıqların aradan qaldırılması ilə bağlı praktiki nümunələr, eləcə də məlumatların səhih, dolğun və vaxtında açıqlanması ilə bağlı tövsiyələr diqqətə çatdırılıb.

Qeyd edək ki, tədbirin keçirilməsinin məqsədi açıqlanmış məlumatların keyfiyyətinin artırılması, kapital bazarının məlumatlılığının və şəffaflığının təmin edilməsi, eləcə də potensial emitentlər və kapital bazarı istehlakçılarının sözügedən bazara marağını artırmaqdır. Təqdimatda praktiki yanaşmalar ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

“Emitentlər tərəfindən məlumatların açıqlanmasına dair Təlimat” Mərkəzi Bankın rəsmi veb-səhifəsində yerləşdirilib. Təlimatla tanış olmaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz:

https://uploads.cbar.az/assets/eed4e72e53ac8265c817ceb14.pdf

Related posts

Neft Fondu: Qızıl satışı ilə portfel hədəf səviyyəyə qaytarılıb

Azərbaycan və Türkiyə kapital bazarları üzrə təcrübə mübadiləsi aparıb

Mərkəzi Bank: Könüllü sığorta bazarı üzrə zəmanət mexanizmi nəzərdən keçirilə bilər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı