4 iyun 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “SİLK VEY VEST AVİAŞİRKƏT” MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 20.06.2025-ci il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | “SİLK VEY VEST AVİAŞİRKƏT” MMC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2005023513 |
| İstiqraqzların növü və forması | Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
| Ticarət üsulu/forması | Kütləvi/ Rəqabətli hərrac |
| İstiqrazların sayı | 10,000 ədəd |
| İlkin ticarət qiyməti | 1,000 ABŞ dolları |
| Buraxılış həcmi | 10,000,000 ABŞ dolları |
| İllik gəlirlilik faizi | 5.5% |
| Ödəmə periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 3 (üç) aydan bir ödənişlər həyata keçiriləcəkdir |
| Tədavül müddəti | 3 il |
| Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 10,000,000 ABŞ dolları |
| Reallaşdırılmış həcm | 10,000,000 ABŞ dolları |
| Minimal qiymət | 1,000.0000 (5.50%) ABŞ dolları |
| Maksimal qiymət | 1,042.2100 (4%) ABŞ dolları |
| Kəsmə qiymət | 1,000.0000 (5.50%) ABŞ dolları |
| Ortaçəkili qiymət | 1,020.2481 (4.77%) ABŞ dolları |
| İnvestor sayı | 52 |
| Sifariş sayı | 53 |
| Anderrayter | “PAŞA Kapital İ.Ş.” QSC |