Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“SİMA İmza” “Elektron ipoteka və kredit zəmanət” sisteminə inteqrasiya edilib - BBN

“SİMA İmza” “Elektron ipoteka və kredit zəmanət” sisteminə inteqrasiya edilib

SİMA yeni nəsil rəqəmsal imzanın “Elektron ipoteka və kredit zəmanət” sisteminə inteqrasiyası uğurla təmin olunub. “Elektron ipoteka və kredit zəmanət” sistemində digər elektron imza vasitələri ilə yanaşı (“ASAN İmza”, “SİMA Token” (elektron imza), BSXM imza) “SİMA İmza” rəqəmsal imzanın da tətbiq edilməsi vətəndaşlar üçün  vaxt və maliyyə itkilərinin qarşısının alınmasına, göstərilən xidmətlərin səmərəliliyinin artırılmasına səbəb olacaqdır.

Qeyd edək ki, sözügedən yenilik İpoteka və Kredit Zəmanət Fondunun “AzInTelecom” MMC ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib. İstifadəçilər mobil tətbiqi vasitəsilə əldə edilən yeni nəsil rəqəmsal imzadan ödənişsiz istifadə edə biləcəklər.

SİMA rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. Ətraflı məlumatı www.sima.az saytından və ya 157 Zəng Mərkəzi ilə əlaqə saxlamaqla əldə etmək mümkündür.

Related posts

ADB Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu yüksəldib

ADB Azərbaycanın tədiyyə balansı üzrə 2026–2027-ci illər üçün proqnozlarını açıqlayıb

ABA və Mərkəzi Bank nümayəndələri Yaponiyanın Mərkəzi Bankı (BOJ) ilə rəqəmsal maliyyə texnologiyaları üzrə görüşlər keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı