Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“SİMA İmza” herrac.gov.az portalına inteqrasiya edilib - BBN

“SİMA İmza” herrac.gov.az portalına inteqrasiya edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza “Elektron Hərrac Portalı”na inteqrasiya olunub.

İnteqrasiya nəticəsində herrac.gov.az portalında keçirilən elektron hərraclarda protokolların “SİMA İmza” mobil tətbiqi sayəsində məsafədən imzalanması mümkün olub. Vətəndaşlar portala daxil olduqdan sonra məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı hərraca çıxarılan avtomobil, mənzil, qeyri-yaşayış sahəsi, fərdi yaşayış evi və s. satışı ilə bağlı hərraclarda iştirak edə bilərlər.

Hərrac başa çatdıqdan sonra tərəflər qanunla müəyyən edilmiş müddətdə protokolu “SİMA İmza” ilə imzalayırlar. Protokol imzalandıqdan sonra bu barədə hərrac iştirakçılarına elektron bildiriş göndərilir.

Xatırladaq ki, buna qədər vətəndaşların herrac.gov.az portalına digital.login vahid giriş sistemi üzərindən “SİMA İmza” ilə girişi təmin edilmişdi. Sonuncu inteqrasiya sayəsində isə hərrac prosesində təqdim olunan protokolların heç yerə getmədən, sürətli, rahat və etibarlı şəkildə “SİMA İmza” ilə imzalanması təmin olunub.

SİMA yeni nəsil rəqəmsal imza ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, qurumların iş yükü və xərcləri azalır. “SİMA İmza” mobil tətbiqini yükləməklə əldə olunan yeni nəsil rəqəmsal imza vətəndaşlar üçün ödənişsizdir. Daha ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.

Related posts

Birgə açıqlama: NFC ödənişi zamanı hesabdan silinmənin gecikməsi avtorizasiya ilə bağlıdır

Şuşada Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması üzrə pilot layihəyə start verilib

“10-u qaçırma”: Bank Respublika Visa Wolt kartı ilə McDonald’s-da endirim qazan!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı