Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“SİMA İmza” tətbiqinin yüklənilmə sayı 5 milyonu ötüb - BBN

“SİMA İmza” tətbiqinin yüklənilmə sayı 5 milyonu ötüb

Cari ilin ilk səkkiz ayında “SİMA İmza” mobil tətbiqinin yüklənmə sayı 2 milyona yaxın artaraq 5 milyon həddi keçib.

Hazırda rəqəmsal imzadan təhsil, səhiyyə, vergi, gömrük, ədliyyə, məşğulluq, maliyyə və digər sahələrdə gündəlik istifadə olunur. “SİMA İmza”nı öz xidmətlərinə inteqrasiya etmiş qurumların sayı isə 90-a yaxın təşkil edir.

Vətəndaşlar təkcə “myGov ID” üzərindən 200-dən çox hökumət portalına “SİMA İmza” ilə daxil ola bilir. Bu isə elektron xidmətlərdən daha rahat, çevik və etibarlı şəkildə istifadə imkanı yaradır.

“SİMA İmza” haqqında

Yeni nəsil rəqəmsal imza – “SİMA İmza” AZCON Holding-ə daxil olan “AzInTelecom” tərəfindən 2022-ci ildə təqdim olunub. İmzanı əldə etmək üçün xidmət məntəqəsinə getməyə və ya fiziki daşıyıcıya ehtiyac yoxdur. Sadəcə tətbiqi smartfona yükləyib bir dəfə qeydiyyatdan keçmək kifayətdir.

“SİMA İmza” vətəndaşlar üçün tam ödənişsizdir. Artıq vətəndaş, fərdi sahibkar, hüquqi şəxs və dövlət qurumları üçün həllər istifadəyə verilib. Hazırda sahibkarlar və hüquqi şəxslər tətbiqdə “6AYPULSUZ” promokodu vasitəsilə sahibkar imzasından 6 ay müddətinə ödənişsiz yararlana bilirlər.

Related posts

Milli Depozit Mərkəzinin İdarə Heyətinə üzv təyin edilib

Azərbaycan və IMF fiskal siyasət və institusional inkişaf üzrə əməkdaşlığı müzakirə edib

Azərbaycan və Slovakiya rəqəmsal dələduzluqla mübarizədə əməkdaşlığı genişləndirir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı