Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
SİMA rəqəmsal imzası ilə "Güzəştli mənzil" sisteminə daxil olmaq mümkündür - BBN

SİMA rəqəmsal imzası ilə “Güzəştli mənzil” sisteminə daxil olmaq mümkündür

Azərbaycan Respublikası Prezidentinin 24.05.2017-ci il tarixli 1418 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Güzəştli mənzil” sistemi haqqında Əsasnamə”yə uyğun olaraq mənzilləri güzəştlə əldə etmək hüququ olan şəxslərin elektron sistem vasitəsilə müraciəti yalnız gücləndirilmiş elektron imza sertifikatı ilə mümkündür.

 Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi güzəştlə mənzil almaq istəyən vətəndaşların rahatlığını təmin etmək məqsədilə “Elektron hökumət” portalında (www.e-gov.az) yerləşən “Güzəştli mənzil” sisteminə “Elektron imza” və ya “Asan imza” ilə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imzası ilə də daxil olmaq imkanını yaradır.

 Bu xidmətdən faydalanmaq üçün SİMA İmza tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Agentliyin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək istəyən vətəndaşlar SİMA İmzadan istifadə edərək “Güzəştli mənzil” sistemi vasitəsilə qeydiyyatdan keçə, həmçinin güzəştlə mənzil əldə etmək hüququ təsdiq olunduqdan sonra şəxsi elektron kabinetlərinə daxil ola və satış günü mənzil seçimi ərizələrini imzalaya bilərlər.

 SİMA İmza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.

Related posts

“Nvidia” 2 milyard dollarlıq böyük investisiya elan etdi

Ötən il brend dəyərini ən çox itirən şirkətlər açıqlanıb

Uşaqlar üçün sosial medianı qadağan edən ölkələr

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı