Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
SOCAR 1-ci rübə dair qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb - BBN

SOCAR 1-ci rübə dair qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2026-cı ilin I rübünə dair qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb.

Məlumata əsasən, cari ilin birinci rübündə SOCAR tərəfindən 13 min metrə yaxın qazma işləri həyata keçirilib. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda hesabat dövründə 1,67 milyon ton neft, həmçinin 1,85 milyard kubmetr qaz hasil olunub. Ölkə üzrə qaz hasilatı 0,4 faiz artaraq 12,64 milyard kubmetr təşkil edib. Ümumilikdə isə 2026-cı ilin birinci rübü üzrə Azərbaycanda 6,63 milyon ton xam neft hasil olunub.

Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 3,52 milyon ton təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz istehlakı 4,76 milyard kubmetr, qaz ixracı isə 6,9 faiz artaraq 6,5 milyard kubmetr təşkil edib.

Cari ilin birinci rübündə SOCAR tərəfindən 1,45 milyon ton neft, 636 milyon kubmetr qaz emal edilib. Neft emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz artıb. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 394 min tondan çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.

Related posts

Sahibkarlar 2027-ci ildə vahid ölkə stendində beynəlxalq sərgilərdə iştirak etməyə dəvət olunurlar

ABA-nın İcraçı direktoru Yunus Abdulov CBATS-ın Türküstanda keçirilən altıncı iclasında iştirak edib

Maliyyə Nazirliyinə I rübdə 527 müraciət daxil olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı