Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
SOCAR "Azəri-Çıraq-Günəşli" layihəsində iştirak payını 35,3 %-ə yüksəldib - BBN

SOCAR “Azəri-Çıraq-Günəşli” layihəsində iştirak payını 35,3 %-ə yüksəldib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi üzrə Yaponiyanın “Itochu” korporasiyasına məxsus iştirak payını satın alıb.

Bu barədə SOCAR məlumat yayıb.

Məlumata görə, iştirak payının alınmasına dair müvafiq sənədlər imzalanıb və alqı-satqı əməliyyatı qanunvericiliyin tələblərinə, SOCAR-ın daxili normativ qaydalarına, eləcə də müqavilə üzrə mövcud tənzimləyici öhdəliklərə uyğun şəkildə həyata keçirilib.

Qeyd olunub ki, sövdələşməyə qədər “Itochu” korporasiyası AÇG layihəsində 3,65 % iştirak payına malik idi. Nəticədə SOCAR-ın layihədəki payı 31,65 %-dən 35,3 %-ə yüksəlib.

SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib ki, AÇG layihəsi uzun illərdir Azərbaycanın və regionun enerji təhlükəsizliyinə mühüm töhfə verir. Onun sözlərinə görə, cari ildə AÇG yataqlar blokundan ilk sərbəst təbii qaz hasilatına başlanılması layihənin gələcək inkişafı və Azərbaycanın qaz potensialının artırılması baxımından yeni imkanlar yaradır.

R.Nəcəf “Itochu” korporasiyasına layihənin icrasında uzun illər göstərdiyi əməkdaşlığa görə təşəkkür edib və tərəfdaşlığın bundan sonra da qarşılıqlı etimad və yüksək əməliyyat standartları əsasında uğurla davam edəcəyinə əminliyini ifadə edib.

“Itochu” korporasiyasının baş əməliyyat direktoru və Enerji və enerji həlləri bölməsinin baş icraçı direktoru Tetsuya Yamada isə bildirib ki, şirkət 1996-cı ildə Azərbaycana sərmayə yatıran ilk Yaponiya şirkəti olub və son üç onillik ərzində SOCAR ilə möhkəm tərəfdaşlıq qurub.

Onun sözlərinə görə, AÇG layihəsindəki payın SOCAR-a satılması “Itochu”nun Azərbaycandan çıxması anlamına gəlmir. Əksinə, bu addım şirkətin strateji prioritetlərinin yenilənməsini və SOCAR ilə əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. T.Yamada əlavə edib ki, Azərbaycan bundan sonra da “Itochu” üçün mühüm investisiya və ticarət bazarı olaraq qalacaq.

Related posts

ABŞ-İran danışıqları xəbəri nefti ucuzlaşdırdı – qiymətlər 5 %-dən çox gerilədi

ABŞ bazarında təbii qazın qiyməti yüksəlib

Dünya bazarında neft ucuzlaşıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı