Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İqtisadiyyat Nazirliyinə 13 milyondan çox müraciətin 92,2 %-i elektron qaydada edilib - BBN

İqtisadiyyat Nazirliyinə 13 milyondan çox müraciətin 92,2 %-i elektron qaydada edilib

Bu ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyinin göstərdiyi xidmətlərə 13 milyondan artıq müraciət qeydə alınıb. Müraciətlərin 92,2 %-i elektron qaydada həyata keçirilib.

Bu barədə Nazirlik məlumat yayıb.

Bildirilib ki, nazirliyin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara, o cümlədən sahibkarlara ümumilikdə 289 xidmət göstərilir. Həmin xidmətlərdən 181-i və ya 62,6 %-i elektronlaşdırılıb.

Elektron xidmətlərdən www.economy.gov.az, www.lisenziya.gov.az, eləcə də nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların rəsmi internet səhifələrində yaradılmış elektron xidmət bölmələri vasitəsilə istifadə etmək mümkündür.

Nazirliyin məlumatına görə, sahibkarlar onlayn platformalar üzərindən zəruri iqtisadi və hüquqi məlumat əldə edə, həmçinin lisenziyalar, kommersiya qurumları və publik hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin (qərarlarının) qeydə alınmasına dair bildirişlər və digər hüquqmüəyyənedici sənədlərin alınması üçün elektron müraciət edə bilərlər.

Qeyd olunub ki, sahibkarlara lisenziyaların verilməsi xidməti tam elektronlaşdırılıb. Biznes nümayəndələri müvafiq fəaliyyət növləri üzrə lisenziya almaq üçün “Lisenziyalar və İcazələr” portalı vasitəsilə İqtisadiyyat Nazirliyinə elektron formada müraciət edə bilərlər. Bununla yanaşı, müraciətlər müvafiq “ASAN xidmət” mərkəzləri və KOB evləri vasitəsilə də qəbul edilir.

Bundan əlavə, İqtisadiyyat Nazirliyinin “Elektron Xidmətlər Portalı” vahid pəncərə prinsipi əsasında fəaliyyət göstərərək istifadəçilərə elektron kabinet vasitəsilə nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların xidmətlərindən də yararlanmaq imkanı yaradır. Portal üzərindən istifadəçilər müraciətlərinin icra vəziyyətini izləyə və göstərilən xidmətlər barədə rəy bildirə bilirlər.

Nazirlik dövlət xidmətlərinin səmərəliliyinin və istifadəçi məmnunluğunun artırılması məqsədilə xidmətlərin elektronlaşdırılması, informasiya sistemləri arasında məlumat mübadiləsinin avtomatlaşdırılması, innovativ həllərin tətbiqi və prosedurların optimallaşdırılması istiqamətində işləri davam etdirdiyini bildirib.

Related posts

Rövşən Əmircanov: “Qızılın unsiyasının qiyməti 4 400 dollara yüksələ bilər”

Nazirlər Kabineti “Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsinə dəyişiklik edib

Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 45,2% artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı