Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
SOCAR “Bahar” yatağı üzrə payların qismən investorlarla bölüşdürülməsi üçün strateji yol xəritəsi hazırlayıb - BBN

SOCAR “Bahar” yatağı üzrə payların qismən investorlarla bölüşdürülməsi üçün strateji yol xəritəsi hazırlayıb

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Bahar” yatağı üzrə payların 60-70 %-nin investorlara ötürülməsi ilə bağlı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) strateji yol xəritəsi hazırlayıb.

Bu haqda “Bahar” və “Qum-Dəniz” yataqlarının operatoru olan “Bahar Energy Operating Company Limited” (BEOC) məlumat yayıb.

Yol xəritəsinə əsasən, 2026-cı ilin birinci rübündə investorların cəlb olunması istiqamətində işlər davam etdiriləcək.

Qeyd edək ki, 15 avqust 2025-ci il tarixindən etibarən “Bahar” və “Qum-Dəniz” yataqlarının idarəçiliyində dəyişiklik edilib və BEOC-da payların 100 %-i SOCAR-a məxsusdur. Beləliklə, layihə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) əsasında SOCAR-ın idarəçiliyinə keçib.

“Bahar” yatağı 1968-ci ildən, “Qum-Dəniz” yatağı isə 1955-ci ildən istismar olunur. “Qum-Dəniz” yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Abşeron yarımadasının cənubunda yerləşən Qum adasından başlayaraq təxminən 12 km dəniz istiqamətində uzanır. “Bahar” yatağı isə sahildən təxminən 20 km məsafədə yerləşir.

Hər iki yataq Azərbaycanın enerji sənayesində strateji əhəmiyyətə malikdir.

Related posts

“Azeri Light”ın 4 il əvvəlki maksimuma çatması – Nə vəd edir?

Azərbaycan neftinin qiyməti 103 dolları keçib

IMF: Yaxın Şərqdə uzunmüddətli münaqişə bazarlara və iqtisadi artıma ciddi təsir göstərə bilər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı