Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
SOCAR-ın prezidenti Dünya İqtisadi Forumunun nümayəndələri ilə görüşüb - BBN

SOCAR-ın prezidenti Dünya İqtisadi Forumunun nümayəndələri ilə görüşüb

15 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Dünya İqtisadi Forumunun enerji keçidi araşdırmaları və regional sürətləndirmə üzrə rəhbəri Espen Mehlum və neft-qaz sənayesi üzrə rəhbəri Renee Van Heusden ilə görüşüb.

Görüş çərçivəsində SOCAR-ın neft-qaz şirkətindən beynəlxalq enerji şirkətinə transformasiyası, 2035-ci ilədək Korporativ Strategiyasında müəyyənləşdirilən digər strateji hədəfləri barədə məlumat verilib. Enerji keçidinin şirkətin prioritet inkişaf istiqamətlərindən biri kimi təsbit edildiyi diqqətə çatdırılıb, bu sahədə SOCAR ilə beynəlxalq tərəfdaş şirkətlər arasında imzalanan sənədlərin, atılan birgə addımların önəmi qeyd olunub.

Söhbət zamanı Azərbaycanın ev sahibliyi ilə keçiriləcək COP29-un iqlim dəyişmələri ilə bağlı atılan addımlara mühüm töhfə verəcəyi əminliklə vurğulanıb.

Tərəflər SOCAR ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirib, dekarbonizasiya, “Xalis sıfır”, metan emissiyalarının azaldılması, rəqəmsallaşma, həmçinin dayanıqlı apstrim layihələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Related posts

ING Group: Neft bahalaşarsa, Azərbaycanda profisitlər güclənə bilər

ABA və Mərkəzi Bank nümayəndələri Yaponiyanın Mərkəzi Bankı (BOJ) ilə rəqəmsal maliyyə texnologiyaları üzrə görüşlər keçirib

Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti “Money Forward, Inc.” şirkəti ilə görüş keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı