Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 175,7 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib.
BBN.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust sayına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 68,6 milyon ABŞ dolları və ya 28,1% azdır.
Qeyd edək ki, cari ilin ilk 7 ayında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı illik müqayisədə 18,3% artaraq 2,5 milyard ABŞ dollarına çatıb.