Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Son 4 ayda daha 986 şəxsə iş yerlərinə göndəriş verilib - BBN

Son 4 ayda daha 986 şəxsə iş yerlərinə göndəriş verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə son 4 ayda daha 986 şəxsə iş yerlərinə göndəriş verilib. 

Onlardan 732 nəfəri artıq müvafiq vakansiyalar üzrə işlə təmin olunub və digərlərinin də işlə təminatı prosesi aparılır.

Proqram üzrə işlə təmin edilənlərin bir il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir. Bu da həmin işçilərin məşğulluğunun təminatına şərait yaratmaqla müvafiq işəgötürənlərə dəstək məqsədi daşıyır.

2020-ci ilin son aylarında icrasına başlanan proqram üzrə ötən dövrdə 683 (o cümlədən bu ilin yanvar-aprel ayları ərzində 198) işəgötürənlə əməkdaşlığa başlanıb.

Həmin işəgötürənlərlə əməkdaşlıq müqavilələri əsasında ötən dövrdə artıq 2146 nəfər işlə təmin edilib.

Related posts

“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsinin Asiya qitəsi üzrə tərəfdaşları elan edilib

Azərbaycanın nəqliyyat sahəsindəki təcrübəsi növbəti dəfə beynəlxalq səviyyədə nümunə kimi təqdim olunub

Maliyyə Nazirliyi “e-müqavilə” altsisteminin tətbiqinə başlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı