Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Sosial məsuliyyətdən çıxış edən “Binə Aqro”, “İSR Holdinq” və “A-Qrup Sığorta”dan tənha ahıllara qayğı - BBN

Sosial məsuliyyətdən çıxış edən “Binə Aqro”, “İSR Holdinq” və “A-Qrup Sığorta”dan tənha ahıllara qayğı

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 65 yaşdan yuxarı insanların pandemiyadan qorunması məqsədilə evdən çıxmaları qadağan edilib.

Həmin kateqoriyadan olan tənha yaşayan insanlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən evlərində sosial xidmətlərin göstərilməsi işləri davam etdirilməklə yanaşı, ayrı-ayrı biznes qurumları da sosial məsuliyyətdən çıxış edərək tənha ahıl insanlara zəruri istehlak məhsulları ilə təmin edilmələrində qayğısını göstərir.

Buna misal olaraq “Binə Aqro” QSC, “İSR Holdinq” şirkətlər qrupu və “A-Qrup Sığorta” ASC tərəfindən bu istiqamətdə yaşlı insanlara hörmət və qayğıkeşlik hissi ilə, eyni zamanda, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədli  nəcib sosial təşəbbüslər reallaşdırılır.  

“Binə Aqro” şirkəti 2200, “İSR Holdinq” şirkətlər qrupu 500, “A-Qrup Sığorta” şirkəti də 525 tənha ahılın birdəfəlik qaydada ərzaq yardımı ilə təminatını həyata keçirməkdədir.

Qeyd olunan sosial təşəbbüslər biznes nümayəndələri tərəfindən xüsusilə indiki şəraitdə sosial həmrəyliyə dəyərli bir töhfə və xeyriyyəcilik ənənələrinin davamlı olması yolunda atılan addımlardır.

Related posts

Gürcüstanda yaşayan vətəndaşlarımızın nəzərinə!

“Azexport” portalı “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərində iştirak edəcək

Birgə açıqlama: NFC ödənişi zamanı hesabdan silinmənin gecikməsi avtorizasiya ilə bağlıdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı