Azərbaycanda elektrik enerjisinin topdansatış tariflərinin artırılması “AzərEnerji” ASC-nin 2025–2027-ci illərdə maliyyə dayanıqlığını və EBITDA göstəricilərini dəstəkləyəcək.
Qeyd olunub ki, Tarif Şurasının qərarı ilə 2025-ci il yanvarın 2-dən etibarən elektrik enerjisinin topdansatış tarifi 1 kVt/saat üçün 0,066 manatdan 0,075 manata yüksəldilib. Agentliyin qiymətləndirməsinə görə, tarif dəyişikliyi və istehlakın orta səviyyədə artımı EBITDA-nın sabit formalaşmasına imkan verəcək.
“S&P”nin proqnozlarına əsasən, “AzərEnerji”nin EBITDA göstəricisi:
• 2024-cü ildə – 475,7 milyon manat,
• 2025-ci ildə – 540–560 milyon manat,
• 2026-cı ildə – 580–600 milyon manat səviyyəsində gözlənilir.
Agentlik əlavə edib ki, 2025-ci ilin iyununda kombinə edilmiş dövrəli yeni enerji blokunun (CCGT) istismara verilməsi şirkətin generasiya gücünü əlavə 1 280 MVt artıracaq və istehsal səmərəliliyini yüksəldəcək.
Hesabata görə, “AzərEnerji”nin EBITDA marjası 2024-cü ildə təxminən 33% olub, 2026-cı ildə isə 35%-ə yüksələcəyi proqnozlaşdırılır. Bu artım həm tarif dəyişikliyi, həm də generasiya effektivliyinin yaxşılaşması ilə izah edilir.