Home » “S&P Global Ratings”: Elektrik enerjisi tariflərinin artırılması “AzərEnerji”nin EBITDA göstəricilərini gücləndirəcək

“S&P Global Ratings”: Elektrik enerjisi tariflərinin artırılması “AzərEnerji”nin EBITDA göstəricilərini gücləndirəcək

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycanda elektrik enerjisinin topdansatış tariflərinin artırılması “AzərEnerji” ASC-nin 2025–2027-ci illərdə maliyyə dayanıqlığını və EBITDA göstəricilərini dəstəkləyəcək.

Qeyd olunub ki, Tarif Şurasının qərarı ilə 2025-ci il yanvarın 2-dən etibarən elektrik enerjisinin topdansatış tarifi 1 kVt/saat üçün 0,066 manatdan 0,075 manata yüksəldilib. Agentliyin qiymətləndirməsinə görə, tarif dəyişikliyi və istehlakın orta səviyyədə artımı EBITDA-nın sabit formalaşmasına imkan verəcək.

“S&P”nin proqnozlarına əsasən, “AzərEnerji”nin EBITDA göstəricisi:
2024-cü ildə – 475,7 milyon manat,
2025-ci ildə – 540–560 milyon manat,
2026-cı ildə – 580–600 milyon manat səviyyəsində gözlənilir.

Agentlik əlavə edib ki, 2025-ci ilin iyununda kombinə edilmiş dövrəli yeni enerji blokunun (CCGT) istismara verilməsi şirkətin generasiya gücünü əlavə 1 280 MVt artıracaq və istehsal səmərəliliyini yüksəldəcək.

Hesabata görə, “AzərEnerji”nin EBITDA marjası 2024-cü ildə təxminən 33% olub, 2026-cı ildə isə 35%-ə yüksələcəyi proqnozlaşdırılır. Bu artım həm tarif dəyişikliyi, həm də generasiya effektivliyinin yaxşılaşması ilə izah edilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.