Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Startap” şəhadətnaməsi almış sahibkarların sayı 25-ə çatdı - BBN

“Startap” şəhadətnaməsi almış sahibkarların sayı 25-ə çatdı

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 6 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 25-ə çatıb.

“Startap” şəhadətnaməsi “Buta Vending” MMC-nin avtomatlaşdırılmış ticarət köşklərinin istehsalı və satışı, “Cusperco” MMC-nin xidmət təhcizatçıları üçün www.azdo.az platforması, “Payriff” MMC-nin onlayn ticarət üçün “www.payriff.com” ödəniş aqreqatoru, fərdi sahibkar Əliağa Ağayevin səhiyyə müəssisələri üçün proqram təminatı, “Oxuyan” MMC-nin onlayn imtahanların təşkili üzrə www.oxuyan.az platforması və fərdi sahibkar Fərid Fərmanovun biznes subyektlərində elektron idarəetmənin təşkili üçün bulud tipli proqram təminatı “www.bein.az” layihəsi üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Related posts

Bu ilin I rübündə 98,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Cari ilin I rübündə sahibkarlara 16 “Startap” şəhadətnaməsi verilib

“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsinin Asiya qitəsi üzrə tərəfdaşları elan edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı