Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Subaru ilk elektriklə işləyən avtomobilini təqdim edib

Subaru ilk elektriklə işləyən avtomobilini təqdim edib

Yaponiyanın avtomobil nəhəngi “Subaru Corp” tamamilə elektriklə işləyən ilk avtomobilini təqdim edib. Solterra adlanan bu elektromobil digər bir yapon şirkəti “Toyota Motor Corp” ilə əməkdaşlıq çərçivəsində istehsal edilib.

“Subaru” şirkətinin rəsmisi açıqlamasına əsasən, elektromobilin istehsalında ləngimənin əsas səbəbi kimi xüsusi mühərrikin istehsalı göstərilib. “Subaru” avtomobilləri dünyada mühərriklərinin gücünə görə fərqləndiyindən, bu istehsal faktoru üzərində xüsusi işlər görülüb. İlkin olaraq, Yaponiyada istehsalı planlaşdırılan “Solterra” modelinin daha sonra ABŞ bazarına yönləndirilməyi gözlənilir.”Solterra” modeli bir dolum ilə 460 kilometrə qədər məsafə qət edə biləcək.

Digər tərəfdən isə, bu istehsal nəticəsində “Toyota” şirkətinin “Subaru” ilə yaxınlaşması müsbət nəticə verib. Belə ki, “Subaru”nun 20%-inə, “Mazda” şirkətinin isə 5%-lik səhminə malik olan “Toyota” Yaponiya bazarında liderliyini möhkəmləndirib.

Related posts

Morgan Stanley-dən ŞOK PROQNOZ: Bu şirkət süni intellekt dünyasının yeni ulduzu ola bilər!

Çip bazarında böyük yüksəliş: “Bank of America” nəhəng istehsalçının hədəf qiymətini artırdı

BAZARLARDA “SPACE” ŞOKU: Maskın trilyonluq IPO-su və dünyanı dəyişdirən sülh ümidləri

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı