Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Suriyada "Visa" ödəniş sistemi istifadəyə verilir - BBN

Suriyada “Visa” ödəniş sistemi istifadəyə verilir

ABŞ-nin “Visa” şirkəti Suriya Ərəb Respublikasında ödəniş sistemini istifadəyə vermək üçün bu ölkənin Mərkəzi Bankı ilə razılığa gəlib.

BBN.az xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.

Məlumata görə, tərəflər Suriyada müasir rəqəmsal ödəniş ekosisteminin yaradılması üçün yol xəritəsini təsdiqləyiblər.

“Birinci mərhələdə əsas diqqət etibarlı və təhlükəsiz ödəniş infrastrukturunun yaradılması üçün lisenziyalı maliyyə qurumları ilə işləməyə yönəldiləcək. Bura beynəlxalq standartlara uyğun ödəniş kartlarının buraxılması və rəqəmsal cüzdanların tətbiqi daxildir”, – Amerika şirkəti bildirib.

Noyabrda Beynəlxalq Valyuta Fondunun missiyası Dəməşqə səfər edərək yeni Suriya hakimiyyətinə ölkənin maliyyə sektorunda islahatlarda texniki dəstək göstərib. Fond ödəniş sisteminin modernləşdirilməsinə, həmçinin Suriya tənzimləyicisinin aşağı və sabit inflyasiyaya yönəlmiş siyasətləri həyata keçirmək qabiliyyətinin bərpasına kömək etməyə hazır olduğunu bildirib.

Related posts

“App Store” ekosistemində satışlar 1,4 trilyon dolları ötüb

Valyuta bazarlarında dolların “hakimiyyəti”: İki aylıq maksimum qorunur

Meta-da “AI” böhranı: Yeni modelin buraxılışı yenidən təxirə salındı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı