Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Tahir Mirkişili: "Qarabağa xərclənmiş pul Ermənistanın dövlət büdcəsi gəlirlərindən 2 dəfə çoxdur" - BBN

Tahir Mirkişili: “Qarabağa xərclənmiş pul Ermənistanın dövlət büdcəsi gəlirlərindən 2 dəfə çoxdur”

Bu günə qədər Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərə 22 milyard manata yaxın pul xərcləyib ki, bu da Ermənistanın dövlət büdcəsinin gəlirlərindən iki dəfə, Gürcüstanın dövlət büdcəsinin gəlirlərindən isə 1,4 dəfə çoxdur.

BBN.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili parlamentin bugünkü plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsində bildirib.

“Ötən 5 ildə Azərbaycan dövləti hərbi zəfərini bu ərazilərdə sosial-iqtisadi zəfərə çevirmək üçün möhtəşəm iş görüb. Hazırda həmin ərazilərdə 62 mindən çox, təkcə Laçında isə 5 mindən çox insan yaşayır. Mən hesab edirəm ki, Laçının işğaldan azad olunması Azərbaycan tarixində xüsusi bir səhifədir, yalnız hərbi qüdrətin deyil, eyni zamanda diplomatik qüdrətin bir daha nümayiş olunması deməkdir”, – deyə o qeyd edib.

Bundan başqa, deputat deyib ki, indiyə qədər Ağdam və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parklarında ümumi dəyəri 500 milyon manata yaxın məhsul istehsal olunub: “Təkcə bu iki sənaye parkında 1 000-ə yaxın insan çalışır. Zəngəzur dəhlizinin açılması ilə bu ərazilər tarixdə ilk dəfə sərhəd bölgəsindən tranzit bölgəsinə çevriləcək. Bu da Azərbaycanın gələcəyə baxışını – yeni iqtisadi dəyərlər yaradılmasını göstərir”.

Related posts

Bankların biznes kreditləri üzrə təminatlılıq səviyyəsi məlum olub

AIIB Bakı metrosu ilə bağlı 180 mln. dollarlıq krediti təsdiqləyib

İsmayılov Rəşad Sahil oğlu ekologiya və təbii sərvətlər naziri təyin edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı