Taleh Kazımov: Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi bu il də alışyönlü ola bilər

Son 2 ildə olduğu kimi, 2024-cü ildə də Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü ola bilər. Mərkəzi Bank büdcə xərclərinin dinamikasını və kredit aktivliyini daxili tələb faktorları kimi daim diqqətlə izləyir.

Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.

Diqqətə çatdırılıb ki, valyuta alışları bank sistemində likvidliyin artmasına şərait yaradıb.

“Manatla pul bazası ümumilikdə 2023-cü ildə 19,6% artıb ki, bunun da 14,6 faiz bəndi dekabr ayında baş verib. Pul siyasəti alətləri pul siyasətindən kənar olan avtonom amillərin monetar şəraitə təsirlərinin neytrallaşdırılmasına və faiz ötürücülüyünün gücləndirilməsinə xidmət edib. Daimi imkan və açıq bazar əməliyyatlarının aparılması pul bazarında milli valyutada banklar arasında həm təminatlı, həm də təminatsız bağlanan əqdlərin orta çəkili faiz dərəcələrinin Mərkəzi Bankın faiz dəhlizi ilə eyni istiqamətdə hərəkətini təmin edib”, – deyə Taleh Kazımov vurğulayıb.

AZƏRTAC

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı