Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Technest” çərçivəsində məktəblilər üçün “Bebras” olimpiadası keçirilib - BBN

“Technest” çərçivəsində məktəblilər üçün “Bebras” olimpiadası keçirilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) həyata keçirdiyi “Technest” təqaüd proqramı çərçivəsində “Bebras” İnformatika və Alqoritmik düşüncə müsabiqəsi həyata keçirilib. 2 və 10-cu siniflər arasında baş tutan müsabiqədə məktəblilər interaktiv və əyləncəli tapşırıqlar vasitəsilə alqoritmik düşüncələrindən istifadə edərək rəqabət aparıblar.  Olimpiadanın final mərhələsində 2 qrup olmaqla ümumilikdə 225 məktəbli yarışıb. Yekunda nəticələr açıqlanaraq iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, “Bebras” olimpiadası  İRİA-nın həyata keçirdiyi “Technest” təqaüd proqramının beynəlalq olimpiadalara xüsusi hazırlıq proqramı çərçivəsində həyata keçirilib. Proqram proqramlaşdırma, informatika və alqoritmik təfəkkür üzrə beynəlxalq müsabiqələrə sistemli hazırlıq yanaşmasını təqdim edir. Əsas məqsəd perspektivli şagird və tələbələri təlimlərə cəlb edərək olimpiadalarda yüksək nəticə əldə etmələrinə dəstək olmaq,  bununla da ölkədə peşəkar İKT mütəxəssislərinin sayını artırmaqdır.

Related posts

BAZARLARDA “SPACE” ŞOKU: Maskın trilyonluq IPO-su və dünyanı dəyişdirən sülh ümidləri

Süni intellekt və robot texnologiyaları: İnvestisiya dünyasının yeni lokomotivi!

Çinin qlobal ticarət ambisiyalarına “soyuq duş”: Müharibə xərcləri artırır!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı