Telegram CEO-nun həbs müddəti uzadılıb

Telegram-ın təsisçisi və baş direktoru Pavel Durov mesajlaşma tətbiqi ilə bağlı cinayətlər törətdiyi iddiası ilə Parisdə saxlanılıb.

BBN.az “Guardian” tərəfindən paylaşılan xəbərə istinadən  xəbər verir ki, Fransanın paytaxtı Parisdə saxlanılan Telegram-ın baş direktoru Pavel Durovun həbs müddəti uzadılıb.39 yaşlı Durovun həbs müddəti işə sədrlik edən müstəntiq hakim tərəfindən uzadılıb.

Qeyd edək ki,Pavel Durov dələduzluq, narkotik ticarəti, mütəşəkkil cinayətkarlıq, terrorizmə təhrik və kiber zorakılıq iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində Fransada həbs edilib.

 

Related posts

“Grand-Mart” bütün sənədləşmə işlərini “SİMA İmza” ilə rəqəmsallaşdırıb

Apple, iOS 18 ilə inqilab etməyə hazırlaşır

Dövlət Xidmətindən bank müştərilərinə – Xəbərdarlıq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı