Telegram-ın təsisçisi və baş direktoru Pavel Durov mesajlaşma tətbiqi ilə bağlı cinayətlər törətdiyi iddiası ilə Parisdə saxlanılıb.
BBN.az “Guardian” tərəfindən paylaşılan xəbərə istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdə saxlanılan Telegram-ın baş direktoru Pavel Durovun həbs müddəti uzadılıb.39 yaşlı Durovun həbs müddəti işə sədrlik edən müstəntiq hakim tərəfindən uzadılıb.
Qeyd edək ki,Pavel Durov dələduzluq, narkotik ticarəti, mütəşəkkil cinayətkarlıq, terrorizmə təhrik və kiber zorakılıq iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində Fransada həbs edilib.