“The Economist Group”un araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit” (EIU) 2024–2029-cu illər üzrə manatla bağlı proqnoz açıqlayıb.
Proqnoza əsasən, Dollar/AZN məzənnəsi 2025–2029-cu illərdə 1,70 səviyyəsində sabit qalacaq. Avronun isə Azərbaycan manatı qarşısında nisbətən ucuzlaşacağı gözlənilir. Belə ki, Avro/AZN məzənnəsinin 2025-ci ildə 1,77, 2026-cı ildə 1,75, 2027-ci ildə 1,73 manat olacağı, 2028–2029-cu illərdə isə eyni səviyyədə qalacağı proqnozlaşdırılır.
Ümumilikdə, EIU hesab edir ki, məzənnənin sabit saxlanılması Azərbaycan Mərkəzi Bankının siyasəti ilə uzlaşır və yaxın illərdə manatın kursunda ciddi dəyişikliklər gözlənilmir.