Home » “The Economist”: Manatın məzənnəsi 2030-cu ilə kimi sabit qalacaq

“The Economist”: Manatın məzənnəsi 2030-cu ilə kimi sabit qalacaq

by Zeyneb
0 comments 1 views 0 minutes read

“The Economist Group”un araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit” (EIU) 2024–2029-cu illər üzrə manatla bağlı proqnoz açıqlayıb.

Proqnoza əsasən, Dollar/AZN məzənnəsi 2025–2029-cu illərdə 1,70 səviyyəsində sabit qalacaq. Avronun isə Azərbaycan manatı qarşısında nisbətən ucuzlaşacağı gözlənilir. Belə ki, Avro/AZN məzənnəsinin 2025-ci ildə 1,77, 2026-cı ildə 1,75, 2027-ci ildə 1,73 manat olacağı, 2028–2029-cu illərdə isə eyni səviyyədə qalacağı proqnozlaşdırılır.

Ümumilikdə, EIU hesab edir ki, məzənnənin sabit saxlanılması Azərbaycan Mərkəzi Bankının siyasəti ilə uzlaşır və yaxın illərdə manatın kursunda ciddi dəyişikliklər gözlənilmir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.