Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"TikTok" ötən il Azərbaycanda iki milyondan çox video silib - BBN

“TikTok” ötən il Azərbaycanda iki milyondan çox video silib

“TikTok”platforması 2023-cü il ərzində Azərbaycanda İcma Qaydalarını pozan 2 071 243 video silib.

BBN.az xəbər verir ki, bu barədə şirkətin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya Xidməti bildirib.

Bunların 903 041-i ötən ilin dördüncü rübündə silinib. Bu, 2023-cü ilin istənilən rübündə silinmiş videoların ən yüksək sayıdır. Silinmiş videoların ümumi sayının 98 %-i platforma tərəfindən proaktiv şəkildə silinib. Videoların 95,8 %-i yayımlandıqdan sonra ilk 24 saat ərzində silinib.

Dünya üzrə isə dördüncü rübdə 176 461 963video İcma Qaydalarının pozulması səbəbindən silinib. Bu, rüb ərzində “TikTok” tərəfindən silinən ən yüksək video sayıdır.

Silinmiş videoların96,7 %-i proaktiv şəkildə silinib. Proaktiv silinmə videonun xəbər verilməzdən əvvəl müəyyən edilməsi və silinməsi deməkdir. Videoların 89,9 %-i yayımlandıqdan sonra 24 saat ərzində silinib. 8 012 732 canlı yayım isə qanun pozuntularına görə dayandırılıb.

Qeyd olunub ki, ötən il dünya üzrə13yaşdan kiçik 76 milyon 484 min 236 istifadəçi hesabı silinib.

Related posts

Bu ilin I rübündə 98,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Cari ilin I rübündə sahibkarlara 16 “Startap” şəhadətnaməsi verilib

“Azərpoçt”a yeni sədr təyin olundu, əvvəlki rəhbər vəzifədən ayrıldı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı